Müəssisə haqqında

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarı ilə 3 nömrəli Gəncə Peşə Liseyi, 1 nömrəli Gəncə Peşə Məktəbi və 2 nömrəli Gəncə Peşə Məktəbinin bazasında yaradılmışdır. Yeni yaradılan Mərkəz “Peşə təhsili haqqında” qanuna uyğun olaraq peşə təhsilinin ilkin, texniki və yüksək peşə təhsili pillələri üzrə təhsil vermək, həmçinin peşə təhsili ilə yanaşı tam orta təhsil vermək hüququ əldə etmişdir. Mərkəzin kadr hazırlığında fokuslandığı əsas sahələr xidmət, ticarət və turizm sahələridir, bununla yanaşı iqtisadiyyatın digər sahələrindən müxtəlif ixtisaslar da mövcuddur.

Mərkəzin hər 3 korpusunda tədris həyata keçirilir. Korpuslar Gəncə şəhərinin şərq girişində, şimal-şərqində və qərb girişində yerləşir.

 

XƏBƏRLƏR


Mərkəzin qonağı Tahir Əmiraslanov

Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti Tahir Əmiraslanov Mərkəzin qonağı olmuşdur

27 sentyabr anım günü

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi 27 sentyabr Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabınını ziyarət edib.

ƏMƏKDAŞLIQ


    Əlaqə Məlumatları:

    Ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 190

    E-mail: [email protected]

    Tel: (+99422) 257 02 12

    Bütün hüquqlar qorunur